Əməkdar artist Rəhman Rəhmanovun həbsxanadan buraxılan oğlu Emil Rəhmanov arasında narazılıq yaşanıb. Buna səbəb Emilin ötən həftə ARB-nin efirində yayımlanan verilişdə “2 dəfə ailəli olmuşam” deməsi olub.
Yenicag.az-a açıqlama verən aktyor oğlunun zarafat etdiyini və buna gərə ona acıqlandığını bildirib:
“Oğlum cəmi bircə dəfə evli olub. Həyat yoldaşı ilə xasiyyətləri düz gəlməyib, boşanıblar. Aralarında heç bir münaqişə, dava-dalaş olmayıb. Bu evlilikdən bir oğlu var. Verilişdə aparıcı ona sualı zarafatla verib, o da zarafatla iki dəfə evli olduğunu bildirib. Onun bu açıqlaması ata kimi xoşuma gəlmədi. Evdə ona acıqlandım ki, niyə belə yalan danışdın, axı sən bir dəfə evli olmusan. Dedim, “sənə milyonlarla insan baxır, sənin haqqında nə düşünərlər, nahaq belə danışmısan”. O da qayıtdı ki, ata, şou xatirinə aparıcı sual verdi, mən də eyni yumorla cavab verdim. Səhvini anladı və dedi ki, ata, sən düz deyirsən, gərək elə danışmayaydım”.
Əməkdar artist oğlunun gələcək həyatına müdaxilə etməyəcəyini də deyib:
“Oğlumun 37 yaşı var, yetkin insandır. Kiminlə istəsə, evlənə bilər. Mən də öz həyatımı qurarkən, heç kimlə məsləhətləşmədim, seçimi özüm etdim. Oğlum məndən heç nə gizlətmir. Əgər evlənmək istəsəydi, mənə bu barədə deyərdi. Bildiyimə görə bu yaxınlarda ikinci dəfə evlənmək planı yoxdur”.
Cəvahir
www.yenicag.az