Əməkdar artist: “Heç vaxt oğluma görə qapı döyməmişəm”

media-hightechnic-468x90

“Oğluma görə heç vaxt qapı döyməmişəm”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aktyor, əməkdar artist Çingiz Əhmədov deyib.

O, aktyor oğlu İbrahim barədə danışıb və ona heç vaxt karyerasında dəstək olmadığını bildirib:

“Heç vaxt oğluma görə bir dənə də olsun qapı döyməmişəm. Heç kimə deməmişəm ki, bu mənim oğlumdur, bunu filmə, seriala çəkin, ondan istifadə edin. Göydə Allah, yerdə öz istedadı ilə onu seviblər, filmlərə çəkiblər. Hazırda da dövlət səviyyəsində olan bir filmə çəkilir. Heç özünün də xəbəri olmadan gedib tamaşalarına baxıram. Öz-özümə deyirəm: keçən dəfəki ilə müqayisədə növbəti dəfə daha gözəl oynadı. Bundan da zövq alıram. Bu günlərdə Prezidentimiz onu da mükafatlandırdı. Gözləmirdim, mükafat almağına şok oldum. İkiqat sevindim, çünki bu mükafat onun üçün böyük stimuldur”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05