Əməkdar artist İLK DƏFƏ AÇIQLADI: “Azərbaycanda bunu üç adam etdirmişdi, biri mən idim”
“O vaxt mən burun əməliyyatı etdirəndə Azərbaycanda cəmi üç adam bunu etdirmişdi”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva “Elcanlı” verilişində deyib.
Müğənni aparıcı Elcan Rəsulovun “Azərbaycanın Ajda Pekanına bənzədilən, Ruhəngiz xanım, siz də onun qədər əməliyyat etdirmisizmi” sualını belə cavablandırıb:
“Xeyr, Allah mənə nə lazımsa, anadangəlmə hamısını vermişdi. Gözaltı, gözüstü prosedurlar olub. Burun əməliyyatı da çoxdan etdirmişəm. O da balaca, ya böyük ölçüdə olduğu üçün yox. O vaxt mən burun əməliyyatı etdirəndə Azərbaycanda cəmi üç adam bunu etdirmişdi. Heç Azərbaycanda estetik əməliyyat edən həkim də yox idi o zamanlar. Mən Tbilisidə etdirmişdim. İndi ölkəmizdə, maşallah, həkimlər çoxdur. Üzümdə estetik əməliyyat etdirmək istəyirəm, bu barədə fikirləşirəm, çünki artıq lazımdır. Amma hələ tələsmirəm. Çünki üz elədir ki, sinirlərə toxuna bilərlər, insan şikəst ola bilər”.
Nehru