Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Əməkdar artist məşhur türk aktyoru olan kürəkəninə "Torqovı"da ev aldı - FOTO

Əməkdar artist, müğənni Cavanşir Məmmədov məşhur türk aktyoru olan kürəkəni və qızına Bakıda ev bağışlayıb.

Yenicag.az xəbər verir ki, müğənni bunu özü açıqlamasında deyib.

“Qızım türk vətəndaşı ilə evləndi. Adını deyən deyiləm. Onlar Bakıda yaşayır. Kürəkənim burada işləmir. Amma ailəni özləri dolandırır. Qızıma “Torqovı”da bir ev almışam, kirayə verib, onun puluna dolanırlar. Çəkilişlər olanda da Türkiyəyə gedib-gəlirlər”.

Müğənni bunu “Ay Zaur” verilişində deyib.

Qeyd edək ki, müğənninin qızı türk aktyor Arif Selçukla ailə qurub. Selcuk aktyorluğa 2007-ci ildə “Asi” serialı ilə başlayıb. Aktyor müxtəlif teatr, serial və kinofilmlərdə rol alıb. Cütlüyün toy mərasimi 2016-cı ildə baş tutub.

Cəvahir

www.yenicag.az

2697