“Koronavirus maddi dolanışığıma təsir etmədi”.
Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist, aktrisa Nahidə Orucova bildirib.
Aktrisa teatrdan gələn məvacib hesabına dolandığını və başqa qazanc yeri olmadığını da deyib:
“Şou adamı deyiləm ki, qaz vurum, qazan doldurum. Nə toylara gedirəm, nə də xınayaxdı mərasimlərinə. Gedənlərə də normal baxıram, hər kəsin ruzisi bir yerdən çıxır. Təki ruziləri bol olsun. Sadəcə olaraq, mən özümü orada görmürəm. Teatrdan gələn məvaciblə dolanıram. Ayrıca biznesim də yoxdur ki, deyim gələn qazanc yerim var. Mən həmişə deyirəm ki, sənət olan yerdə pul, pul olan yerdə sənət olmur. Filmlərə çəkiləndə qonorar alıram, çəkilməyəndə də maaşa baxıram. Koronaviruslu günlərdə sənətim üçün çox darıxmışam. Çox istərdim ki, səhnəyə çıxım, tamaşalarda oynayım. Səhnə adamı üçün bundan gözəl arzu ola bilməz”.
Cəvahir
www.yenicag.az