Tanınmış aktrisa, əməkdar artist Kəmalə Müzəffər “Ögey ana” layihəsindən sonra ona uğur gətirən “Təhminə və Zaur” serialındakı Mədinə obrazından danışıb.
Yenicag.az-a açıqlama verən aktrisa qeyd olunan serialda canlandırdığı obrazı ilə oxşar cəhətlərindən danışıb:
“Hələ universitetdə oxuduğum vaxt “Təhminə və Zaur” serialında çıxış etmişdim. Amma həmişə ürəyimdə Mədinəni oynamaq arzusu olub. Təhminə belə bir söz deyir ki, Mədinə söyüş söyməkdə ananın qabağına doqquz qoyar.
Həmişə fikirləşirdim ki, o söyüşün mətni necə olub? Zaman gəldi və mən Mədinəni oynadım. Əslində, “Təhminə” filmində Mədinə azad ruhlu, söyüşsöyən bir qadın kimi deyil, kübar xanım kimi təqdim edilib.
Amma serialda Mədinəni beynimdə canlandırdığım obraz kimi təqdim edirəm. Serialın növbəti bölümlərində tamaşaçı onu daha dərindən tanıyacaq. Zaurun bir sözü var e, Mədinənin nə haqqı var ki, anama söyüş söysün.
Təhminə də Zaura deyir ki, bəs ananın nə haqqı var ki, Mədinəyə aradüzəldən yengə desin. Artrisa kimi hər bir qadına oxşayıram, amma Kəmalə kimi özüməm.
Mədinə ilə oxşar cəhətlərimiz də var. Lazım olanda hər kəsi yerində otuzdurmağı bacaran, ədalətli, lazım gələrsə, hər bir sözdən istifadə edən… Söyüş söyməkdə doqquz qoyaram”.
Cəvahir
Foto: Həşim
www.yenicag.az