!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artisti: “Biz bundan məhrum olduq”

!Reklam – Yazi

“Teatr mədəniyyətin ən öndə gedən sahəsidir və ümid edək ki, tamaşaçılar teatra gəlməyi yadırğamayacaqlar”.

Bunu pandemiyanın teatra vurduğu zərbələrdən danışarkən tanınmış rejissor, əməkdar artist Nicat Kazımov Yenicag.az-a açıqlamasında deyib.

O, aktyorların formadan düşdüyünü də bildirib:

“Ümid edirəm ki, sentyabrda teatrlar açılacaq. Çünki bizim işimiz praktikadır. İstər aktyorlar, istərsə də rejissorlar praktika ilə təkmilləşib, inkişaf edirik. Teatrların bağlı olduğu dönəmdə praktikadan, ən əsası tamaşaçı nəfəsindən məhrum olduq. Bunlar çox böyük zərbədir. Çünki biz canlı sənətlə məşğul oluruq.

Amma ümid edirəm ki, tezliklə bu pandemiya bitəcək və səhnəyə çıxıb öz tamaşaçımızla görüşəcəyik. Aktyorlar həm də formadan düşdü, əksəriyyət çəki aldı.

Bu yaxınlarda bir məşq prosesi vardı, aktyorlar məşqə gələndə kök idilər. Qısa müddətdə hərəsi 15-20 kilo çəki atdı. Yəni iş başlayandan sonra aktyorlar formaya da düşəcək”.

Əməkdar artist hesab edir ki, bundan həm tamaşaçı, həm də teatr itirdi:

“Teatr mədəniyyətin ən öndə gedən sahəsidir və ümid edək ki, tamaşaçılar teatra gəlməyi yadırğamayacaqlar. Teatr açılandan sonra yəqin ki, bu çətinliyi hiss edəcəyik”.

Cəvahir

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv