Əməkdar artistin ƏN BÖYÜK ARZUSU: “Gözləyirəm...”

media-hightechnic-468x90

“Nə yaxşı ki, o gözəl tamaşalarda maraqlı obrazlar yaratdım. Gözəl tərəf müqabilləri ilə eyni səhnəni bölüşdüm. Bununla özümü sakitləşdirirəm”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktrisa, Əməkdar artist Hicran Nəsirova deyib.

O, yeni tamaşalarda oynamaq istədiyi obrazlardan danışıb:

“Aktyor hər zaman arzularla yaşayır. Hər bir aktyor kimi mənim də arzuladığım və oynamaq istədiyim obrazlar var. Mən də o rolları oynayacağım günü gözləyirəm. Bu sənət elədir ki, heç vaxt doymursan və maraqlı obrazlarla tamaşaçılarını sevindirmək istəyirsən. Biz aktrisalar səhnə ilə yaşayırıq. Səhnədən kənarda olanda özümüzü sudan çıxarılan balıq kimi hiss edirik”.

Aktrisa vaxtilə oynadığı tamaşaları da xatırlayıb və həmin tamaşalarda yaratdığı obrazlarla özünü sakitləşdirdiyini bildirib:

“Keçmiş hər zaman insanı cəlb edir və keçmişimə baxanda həm sevinirəm, həm də nisgil yaşayıram. Nə yaxşı ki, o gözəl tamaşalarda maraqlı obrazlar yaratdım. Gözəl tərəf müqabilləri ilə eyni səhnəni bölüşdüm. Bununla özümü sakitləşdirirəm. Əlbəttə, yenə də arzularım, istəklərim çoxdur, yeni-yeni tamaşalarda maraqlı obrazlar yaratmaq həvəsi ilə yaşayıram. Artıq tətilə başladıq, yeni mövsümdə görək nələr olacaq?”

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600