!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar atrist özünü Beren Saatla müqayisə etdi: "O pula Türkiyədə 4 ev almaq olar"... - Video

!Reklam – Yazi

Əməkdar artist, tanınmış aktyor Rasim Cəfər sosial şəbəkədə paylaşdığı maraqlı statusla diqqət çəkib:

“Aktrisa Beren Saat “Kazino” adlı yeni seriala dəvət alıb. Artıq müqavilə də imzalanıb. Berenin hər bölüm üçün 120 min lira (təxminən 58 min AZN) alacağı bildirilir. Bununla da Saat serialdan hər ay 480 min lira (təxminən 230 min AZN) gəlir əldə edəcək. Məlumata əsasən, bu pulla Türkiyədə 4 ev almaq mümkündür. Sonra da deyirlər ki, oyna. Ə nətər oynayağ eee…”.

Maraqlıdır, əksər serialların baş qəhrəmanı olan Rasim Cəfər görəsən özü nə qədər qonorar alır?

Yenicag.az-a açıqlama verən əməkdar artistin cavabi belə oldu:

“Türkiyədə və bizdə bu sahədə maddi tərəfdən olan fərq hamıya bəllidir. Mən bunu özümə dərd eləmirəm. Sadəcə, gülüş xatirinə bölüşdüm. O ki, qaldı mənim aldığım qonorarın miqdarına, bu barədə ümumiyyətlə, danışmağı xoşlamıram. Azərbaycan kino-serial məkanında məni tanıyanlar hansı qonorar müqabilində çəkildiyimi yaxşı bilir. Yəni məbləğ o qədər də az deyil”.

Bu məqamda aktyora bir sual da ünvanladıq:

“Az miqdarda qonorara çəkilmirsinizsə, bir serialdan qazandığınız pula Beren Saat kimi dörd deyil, heç olmasa bir ev almaq mümkündürmü?”

“Azərbaycanda kino-serialların büdcəsini yəqin ki, bilirsiz. Sizcə, seriallarda çəkillən aktyorlar aldıqları qonorarla ev ala bilərlərsə, niyə 70-80 faizi kirayədə yaşayır?”- deyə, aktyor sualımıza özünəməxsus tərzdə aydinlıq gətirdi.

Cəvahir
Yenicag.az

COP29

www.yenicag.az

1263
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv