Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Emin Hacıyev seçicilərlə görüşdü - FOTO

Yeni Azərbaycan Partiyasının 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən millət vəkilliyinə namizədi Emin Hacıyevin Sumqayıt şəhəri 13-cü mikrorayon və 42-ci məhəllə seçiciləri ilə görüşü keçirilib.

Oxu.Az xəbər verir ki, görüşdə deputatlığa namizəd, onun vəkilləri çıxış edib, seçicilərin sualları cavablandırılıb.

E.Hacıyev bildirib ki, onun üçün sevindirici haldır ki, keçirdiyi bütün görüşlərdə həm orta və yaşlı nəslin, həm də gənc nəslin seçkilərə böyük maraqla yanaşdıqlarını görür:

“Buna hazırkı görüşdə bir daha şahid oluram. Bunları əsas tutaraq gələcək fəaliyyətimdə hər bir yaş kateqoriyasını nəzərə almağa, heç kimi diqqətdən kənarda qoymamağa çalışacağam”.

Emin Hacıyev bildirib ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Sumqayıtda da sistemli islahatlar həyata keçirilir:

“Xalqımız dəyişiklikləri, sosial rifahının yüksəlməsini öz həyatında hiss edir. Seçicilərim mənə etimad göstərərsə, mən də fəaliyyətimi partiyamızın proqramı çərçivəsində, müddəalarında əks olunan məsələlərin daha da inkişaf etdirilməsi istiqamətində quracağam və bütün gücümlə bu etimadı doğrultmağa çalışacağam”.

Tədbirdə çıxış edən seçicilər fevralın 9-da seçki məntəqələrində ən layiqli namizədə – YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.

Loading...

www.yenicag.az

370
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100