Əminə ilə məşhur aparıcı arasında QALMAQAL: “Kamera çəkə-çəkə mənə...”
“Sən aparıcısan, mənim gecikməyimi elə ört-basdır edə bilərdin, izləyicilərin heç ruhu da inciməzdi”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin “Öz aramızda” verilişində deyib.
Sənətçi bir müddət öncə aparıcı Zaur Kamalla aralarında yaşanan qalmaqala aydınlıq gətirib:
“Kamera çəkə-çəkə pavilyona girdim. Gecikməyimin səbəbin öyrənmək əvəzinə, mənə salam vermək əvəzinə “bu nə vaxtın gecikməyidir” dedi. Bu, mənə təsir etdi. Mən uşaq deyiləm, dünənin uşağı deyiləm, arxada qoyduğum illər var. Heç olmasa, bunlara hörmət naminə etməməliydi. İkincisi də, lap heç əziyyətim, illərim yoxdur, xanımam, hecikmişəm, istəsəydi bunu ört-basdır edərdi”.
O, aparıcının “telekanalda hələ də qara siyahıda qalmısan” sualını da cavablandırıb:
“Qara siyahıdayam, qırmızı siyahıdayam, ya hansı siyahıdayam, bilmirəm. Amma ki, əgər haqq deyən tərəfi qara siyahıya salırlarsa, bu da onların üzünün qaralığı olsun. Üzünüz ağ olsun”.
Nehru