!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əmlak Komitəsindən MÜCƏRRƏD ANONS: “Kupça”lar yaxın günlərdə veriləcək” - VİDEO

!Reklam – Yazi

“Səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binada yaşayan jurnalistlərin sənədləri yığılacaq”.

Bu sözləri Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) mətbuat katibi Qulu Xəlilov Yenicag.az-a açıqlamasında deyib.

Komitə rəsmisinin sözlərinə görə, “kupça”ların verilməsi mobil kampaniya çərçivəsində həyata keçiriləcək:

“Səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binada yaşayan jurnalistlərin sənədləri yığılacaq.

Bu addım media nümayəndələrinin əlavə əziyyət çəkməməsi üçün nəzərdə tutulub. Eyni zamanda, “kupça”lar “Jurnalistlər binası”nın həyətində veriləcək”.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş 2-ci binada yaşayan media nümayəndələrinin mənzillərinə “kupça”ların hələ də verilməməsi gündəmin əsas mövzularından birinə çevrilib.

Bununla belə, Komitə rəsmisi jurnalistlərə “kupça”ların təqdim olunacağı konkret tarixi açıqlamaqdan yayınıb. Qulu Xəlilov “Kupça”lar konkret hansı tarixdə jurnalistlərə təqdim olunacaq” sualının israrla təkrarlanmasına baxmayaraq, o, bir neçə dəfə “narahat olmayın, yaxın günlər”də cavabını verərək, ortadakı mücərrədliyi aradan qaldırmadı.

Xəlilov həmçinin KİV-ə Dövlət Dəstəyi Fondunun Əmlak Komitəsinə təqdim etməli olduğu sənədləri tam şəkildə çatdırıb-çatdırmaması haqda suala da aydınlıq gətirmədi.

Görünür, 2 ildən çoxdur, mənzilləri üçün “kupça”ların veriləcəyini səbirsizliklə gözləyən jurnalistlər KİVDF-nin anlamsız süründürməçiliyindən sonra indi də Əmlak Komitəsində “buz”un tərpənməsini gözləməli olacaqlar.

Maraqlıdır, görəsən, bu “proses” nə qədər sürəcək?

Gülşən Şərif

COP29

www.yenicag.az

2148
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv