“Ən qədim Piramidalar diyarı Misir deyil, Sudandır!”

media-hightechnic-468x90

86114Sudan Respublikasının ölkəmizdəki səfirliyinin müşaviri Mühammad Elballa Osman belə iddia edir.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, ərəbşünas Ülviyyə Sultanlının Avrasiya Universtitetinin rəhbərliylə birlikdə reallaşdırdığı layihə əsasında Universyitetə mühazirə oxumağa dəvət alan Mühammad Elballa Osmanın bu iddiası universtitet tələbələrinin tək Misir haqda bilgilərinə deyil, həm də Sudan kimi böyük və zəngin bir ölkəyə marağının yüksəlməsinə təkan verən bir fakt oldu..

Mühazirə zamanı qədim sivilizasiya məskəni olan Sudanın yeni tarixi ilə maraqlanan Avrasiya və Dillər Universtitetinin tələbələri Ərəb Baharının Sudandan yan keçməsinin səbəbini soruşarkən diplomatın cavabı çox maraqlı oldu: “Bu sudanlıların davakar olmadıqlarına görə baş vermədi… Neçə illər ərzində Sudanın cənubuyla, şimalı arasında münaqişə yaratmaq istəyən xarici qüvvələr, hətta müharibəyə nail olsalar belə, biz məsələni sülh yoluyla həll edib, qan tökülməsinin qarşısını ala bildik”.

Avrasiya universtitetindəki mühzirəsində öz ölkəsi haqda tələbələrə xoş sözlər söyləyən müşavir sözünü belə tamamladı: “Burada fəaliyyətdə olduğum müddətdə sizim xalqın sudanlılardan da gözəl, sülhpərvər və qonaqpərvər bir xalq olduğunu görüb özünü doğmaları arasında hiss etdim. Ümumi adət ənələrimizə uyğun olaraq Sudana buyuran hər bir azərbaycanlının ayağı altında qoyun kəsdirməyi öz doğmalıq borcum bilirəm”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600