Epşteyn sənədlərində ortaya çıxan dəhşətli FAKT: İki gün sonra III dünya müharibəsi başlayır?
ABŞ Ədliyyə Nazirliyi tərəfindən məxfilikdən çıxarılan amerikalı milyarder Ceffri Epşteynin işi ilə bağlı yeni sənədlər dünyanı ayağa qaldırıb. Sənədlərdə yer alan iddialar III Dünya Müharibəsinin başlama tarixi ilə bağlı qorxunc mənzərəni üzə çıxarıb.
Yenicag.az xəbər verir ki, internetdə yayılan sənəd görüntülərinə görə, yeni qlobal münaqişənin 8 fevral 2026-cı il bazar günü (cəmi iki gün sonra) başlayacağı qeyd olunub.
Hələlik həqiqiliyi rəsmən təsdiqlənməyən sənədlərə görə, sözügedən e-poçt Epşteynə 2018-ci ilin iyul ayında MIT mühəndisi Ceyms Heyvud tərəfindən göndərilib. Məktubda tükürpədici bir cümlə yer alıb:
“İnvestorlar 8 fevral 2026-cı il üçün planlaşdırmağa hazır olduğumuzu təmin etmək istəyirlər.”
Daha bir sarsıdıcı iddia isə ABŞ-ın keçmiş prezidenti Co Baydenlə bağlıdır. Epşteynin sənədlərində Baydenin əslində 2019-cu ildən bəri öldüyünü göstərən materialların olduğu irəli sürülür.
Hazırda dünya mediası və sosial şəbəkə istifadəçiləri “Bazar günü nə baş verəcək?” sualına cavab axtarır.
Nəsimi Ələsgərli












