“Ərazi bütövlüyümüzü bərpa etmək şansımız yaranıb”

media-hightechnic-468x90

13293“Artıq ərazi bütövlüyümüzü bərpa etmək şansımız yaranıb. Bir tərəfdən beynəlxalq hüquq, digər tərəfdən güclü ordu potensialımız və geopolitik vəziyyət bizə kifayət qədər imkan verir ki, Qarabağ üzərindəki suverenliyimizi yenidən bərpa edək. Hakimiyyət də bu tarixi fürsətin fərqindədir və əlində gələni etməyə çalışır”.

Bunu hüquq elmləri üzrə fəlsəfə doktoru Rafael Qasımov ölkə başçısının Ağdamdakı çıxışını şərh edərkən bildirib. Hüquqşunas verdiyi açıqlamasında onu qeyd edib ki, Azərbaycan hakimiyyəti bu məsələdə kifayət qədər prinsipialdır: “Prezident İlham Əliyevin Ağdam rayonunda köçkünlər üçün salınmış şəhərcikdə səsləndirdiyi fikirlər də bunun ən bariz sübutudur. Həmin çıxışda Qarabağın Azərbaycan torpağı olmasının vurğulanması, beynəlxalq hüququn bizim suverenlik haqqımızı tanınmasının bildirilməsi və ölkəmizin bu hüququndan əsla güzəştə getməyəcəyinin bəyan edilməsi bütün dünyaya verilmiş mesaj idi”.

Məlum mövqenin Qarabağda yaşanan son hadisələrlə eyni vaxtda sərgilənməsini təsadüfi saymayan hüquqşunasa görə, bu çıxış əslində Azərbaycan hakimiyyətinin uzun illərdən bəri yürütdüyü məqsədyönlü və incə düşünülmüş siyasətin ifadəsidir: “Məlumdur ki, müstəqilliyimizin ilk illərində həm iqtisadi, həm də hərbi qüdrət baxımından xeyli çətin vəziyyətdə idik. Üstəlik, Rusiyanın imperialist siyasəti tamamilə bizim əleyhimizə yönəlmişdi. Rəsmi Moskva süni şəkildə Qarabağ problemini yaradaraq ölkəmizin suverenlik arzularını beşikdə boğmağa çalışırdı. Belə çətin vəziyyətdə Heydər Əliyev dühası özümüzdə güc toplayana qədər problemi dondurmağımıza qərar verdi. Atəşkəs elan olundu və Azərbaycan öz potensialından istifadə edərək həm iqtisadi, həm də hərbi qüdrətini artırdı. Qarabağın yenidən qaytarılması istiqamətində geopolitik fürsətlərin yaranacağı günü gözlədi. Amma o günə qədər də boş oturmadı. Ölkəmizin suveren hüquqlarını bütün dünyaya car çəkərək erməni təbliğatının mənfi nəticələrini aradan qaldırmağa çalışdı və buna nail oldu. İndisə gözlədiyimiz gün gəlib. Artıq Ermənistan bütün parametrlərdə bizdən xeyli geridə qalır. Beynəlxalq hüquq da bizim tərəfimizdədir, geopolitik şərait də. Yaranmış bu fürsətdən istifadə edən Azərbaycan hakimiyyəti Birinci Qarabağ müharibəsi zamanı itirdiklərimizi geri almaq əzmi nümayiş etdirir”.

Rafael Qasımov Soçi görüşündən əvvəl erməni separatizminə hərbi qüdrətimizi göstərməyimizi də təsadüfi saymır: “Rəsmi Bakı ermənilərə nəyə qadir olduğunu sübut edərək Soçi görüşünə gedir. Son vaxtlar Dağlıq Qarabağda yaşananlar da bunun nəticəsidir. Azərbaycan ordusu uğurlu əməliyyatlar keçirərək qarşı tərəfə əzmimizi göstərdi və onlara torpaqlarımızı öz xoşlarıyla tərk etmək fürsəti verdi. Soçu görüşündə yəqin ki, bu mesaj daha aydın şəkildə Ermənistana çatdırılacaq. Onlar yenə də separatçılıq mövqelərindən geri çəkilməsə ölkəmiz hərbi yolla öz haqqını almaq məcburiyyətində qalacaq. Əslində cənab Əliyevin Ağdamda dilə gətirdiyi bəzi fikirlər də bundan xəbər verir. Xatırlayırsınızsa o, “müharibə bitməyib. Onun birinci mərhələsi başa çatıb, ikinci mərhələ də başlana bilər”-deyirdi.

Rəsmi Bakının bu mövqeyini hümanizm kimi qiymətləndirən Rafael Qasımov Azərbaycanın Dağlıq Qarabağ strategiyası mümkün qədər az qan bahasına öz məqsədinə nail olmaqdır: “Ümidvaram ki, ermənilər də bu mesajın mahiyyətini anladılar”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600