Ərdoğan cümə namazında Quran oxudu

62105Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Quran oxudu. Dövlət başçısı 2 günlük proqramla ölkənin şərqinə – Rizəyə səfər edib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Ərdoğan cümə namazından öncə helikopterlə Trabzona, oradan isə Rizəyə gedib.

Trabzon hava limanında onu gözləyən xalqa xitab edib. Rizə hava limanına helikopteri enər-enməz isə prezident məscidə gedib.

Çoşğulu qarşılama mərasimindən sonra cümə namazından öncə şəhidləri anma mərasimi keçirilib. Mövludda prezident özü də Qurani Kərimdən bir surə oxuyub. O, avazla Əli-İmran surəsini səsləndirib.

Ərdoğanın Quran oxumasını dinləmək üçün məscidə yüzlərlə insan gəlib. Onların bəziləri prezidentin avazı qarşısında göz yaşlarını saxlaya bilməyiblər.