Ərdoğan dünya KİV-indən şikayətlənib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya KİV-nin ona, ölkəsinə və İslama təzyiq göstərməsindən şikayətlənib.
Bu barədə Türkiyə prezidentinin ruhanilər qarşısında çıxışına istinadən “Der Spiegel” nəşri yazıb.
“Biz son 200 ildə səsləndirmədiyimiz sualı veririk: dünya nə üçün bizə qarşıdır? Bizə nədənsə mili və beynəlxalq siyasətdə məhdudiyyətlər qoyulur”, – deyə Ərdoğan bildirib.
Prezident məktəblərdə Quran dərslərini məcburi etdiyinə görə, dünya KİV-i tərəfindən tənqid olunmasından şikayətlənib
“Mən Quran dərsinin nə üçün Fizika kimi vacib ola bilməməsini soruşanda, üzərimə hücum çəkdilər”, – deyə prezident əlavə edib.
Türkiyənin dövlət başçısı bildirib ki, İslama qarşı böyük nifrət hissi var.
(gun.az)