Ərdoğan Hitlerə bənzədildi

media-hightechnic-468x90

kjkjhkjhkuTürkiyənin “Todays Zaman” qəzetinin müxbiri, baş nazir Ərdoğan barədə sosial şəbəkələrdə tənqidi qeydlər yazdığı üçün bu ölkədən qovulan Mahir Zeynalov AKP-yə bağlı medianı yenidən qəzəbləndirib.

“Yeni Akit” qəzeti M.Zeynalovun yenidən “həddini aşdığını” yazıb.

Bildirilir ki, azərbaycanlı jurnalist baş nazir Ərdoğanın seçki mitinqlərində 4 barmağını yuxarı qaldıraraq tərəfdarlarına qələbə mesajları verməsini Hitlerlə müqayisə edib.

“Hitler də 4 barmağını yuxarı qaldıraraq “bunların kökünü qazıyacağıq” deyə bağırırdı. Milləti toplumun bir qisminə qarşı qızışdırırdı” – deyə jurnalist yazıb.

Qəzet isə yazır ki, əslində Ərdoğan Misirdə hərbi çevrilişə qarşı çıxanların müqavimət hərəkatının simvolu halına gələn RABİA işarəsi verib. Bu isə azadlıq və ədalət simvoludur(virtual.org).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa