Ərdoğan ikinci TOGG elektromobilinin İlham Əliyevə veriləcəyini açıqladı

media-hightechnic-468x90

Türkiyə istehsalı olan TOGG elektromobilinin ikinci seriya nüsxəsi Azərbaycan dövlətinin başçısı İlham Əliyevə təhvil veriləcək”.  

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT telekanalına müsahibəsində deyib.

TOGG-nin ilk seriya nüsxəsinin Türkiyə prezidentinə təhvil veriləcəyi bildirilir.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 2022-ci il oktyabrın 29-da ölkənin qərbində Bursa vilayətində (Gemlik rayonu) zavodda ilk türk elektromobilinin konveyerdən buraxılması mərasimində iştirak edib.TOGG elektrik avtomobili 2019-cu ildə təqdim edilib. Ən populyar yolsuzluq avtomobili seqmentinin krossover prototipinin seriyalı sınaqları 2021-ci ilin noyabrında baş tutub, o, 100 km/saata 4,8 saniyəyə sürətlənib. İstehsalçıların fikrincə, elektromobilin 80% enerji ilə doldurulması 30 dəqiqə çəkəcək, məsafə 500 km olacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05