Ərdoğan oğlunun gəmisini satdırıb

media-hightechnic-468x90

78414Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan baş nazir olduğu zamanlarda “gemicik” olaraq adlandırdığı oğlu Burak Ərdoğanın gəmisini satdırıb.

Ərdoğan “SAFRAN” adlı gəmini xüsusi təlimat ilə satdırıb.

Gəminin Ərdoğan ailəsinə qarşı siyasi baxımdan istifadə edildiyi və ailəyə ziyan vurduğu üçün satıldığı bildirilir.Gəminin satılmasına isə Ərdoğan ailəsinin bir yerdə qərar verdiyi ortaya çıxıb.

Ərdoğanın böyük oğlu Ahmet Burak Ərdoğanın idarə heyyəti başçılığını etdiyi ” MB Dənizçilik Şirkəti” nin mülkiyyətində olan “M/V Safran-1” adlı gəmi 1991 -ci ildə inşa edilib.

96 metre boyunda və 14 metre genişliyində ümumi yük gəmisinin 1milyon 100 min dollar məbləğində Fahri Göncününü sahibi olduğu “FG Dənizçilik şirkəti” nə satılıb. Gəminin 4min 495 DÜT daşıma həcminə sahib olduğu bildirilir.

27 noyabrda ” FG Dənizçilik Şirkəti” üzərində qeydiyyatda olan M/V SAFRAN-1″ adlı türk bayraqlı gəminin adının “M/V UMIT G” olaraq dəyişdirildiyi bildirilir.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600