!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğanla Peskov arasında məzəli söhbət - VİDEO

!Reklam – Yazi

Rusiyaya səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Kremlin mətbuat katibi Dmitri Peskov arasında maraqlı dialoq olub.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğanın ingilis dilində verdiyi “How are you?” (Necəsən?) sualına Peskov türk dilində “Hoş geldiniz” (Xoş gəlmisiniz) deyə qarşılıq verib. Türkiyə prezidenti bu cavabdan olduqca məmnun olub və onunla zarafatlaşıb: “Doğrudan, mən niyə sənə necəsən demirəm ki?”

Qeyd edək ki, Kremlin mətbuat katibi Dmitri Peskov türkoloqdur. O, on il müddətində Ankarada Rusiya səfirliyində xidmət göstərib. Özünü “Türkiyə aşiqi” adlandıran Peskov ən gözəl günlərinin məhz Türkiyədə keçdiyini bildirmişdi. Həmçinin, Peskovun qızı Lisa Peskova da atasının yolundan gedərək türkologiya ixtisasını seçib.

www.yenicag.az

2849
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv