!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ərəb baharı”nın SONUNCU QALASI: – Suriyanın gələcəyi BUNLARDAN ASILIDIR

!Reklam – Yazi

“Anti-israil cəbhəsində olan bütün dövlətlər xaraba qaldı”.

Bu sözləri Bəşər Əsədin hakimiyyətdən getməsi və regionda gözlənənləri Yenicag.az-a dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, Suriyanın parçalanması gözlənilir:

“Bəşər Əsədin hakimiyyətdən getməsinə tarixi aspektdən yanaşanda uzun bir zəncirin halqasıdır. Qərb İsrailə dəstək verdi və fələstinliləri qaçqına çevirdi. Fələstinin Qərbin dəstəyi ilə işğalına Ərəb dövlətlərinin vahid cəbhəsi müqavimət göstərirdi. Orda Tunis, Liviya, Əlcəzair, Misir, Sudan, Yəmən, Suriya, İraq var idi. Mübarizə getdi, “Ərəb baharı” vasitəsi ilə millətçi liderləri devirdilər. 3 müharibə oldu, hamısında da ərəb ölkələri məğlub oldu. Kemp-Devid müqaviləsi ilə Misiri sıradan çıxardılar. Misir Fələstinin işğalı ilə razılaşandan sonra Səddam Hüseyni vurdular, İraqı dağıtdılar, Tunisdə hakimiyyət çevrilişi etdilər, Liviyada Qəddafini devirdilər. Hansı ki, çiçəklənən bir dövlət qurmuşdu, amma ölkəni parçaladılar. Sonra Suriyada cihadçılara dəstək verdilər. Sonda bütün ölkələr anti-israil cəbhəsindən çıxdı. Tramp gəldi, mürtəci ərəb rəhbərlərini məcbur etdi ki, İsraillə “İbrahim sazişi” bağlasınlar”.

“Colani İŞİD-in fəal rəhbərlərindən biri idi. İŞİD terrorçu təşkilat kimi tanınırdı. İŞİD-i Qərb xüsusi xidmət orqanları yaratmışdı. Colani deyir, Bəşər Əsədi devirmişəm və vahid Suriya yaradacağam. Hansı vahid Suriyanı? Kürdlər ABŞ-nin dəstəyi ilə silahlı qoşun yaradıblar. Suriyanın bir hissəsi kürdlərin, digər bir hissəsi də Türkiyə tərəfindən türkman qoşunlarının nəzarətindədir. Onlar da siyasi pay almasalar Colaniyə tabe olmayacaqlar. Əhalinin 12 faizi hakimiyyətdə olmuş ələvilərdir. 50-60 il hakimiyyətdə olublar, onların pulları, mövqeləri, dövlətçilik təcrübələri var. Colani bunlarla da dil tapmalıdır.

Kürdlər öz dövlətini yaratmaq istəyir. ABŞ də onlara dəstək verir. Bunun əleyhinə Türkiyə, Suriya, İran və İraq çıxır. Suriyanın parçalanması gözlənilir. Suriyada Bəşər Əsədin icazəsi ilə yalnız Rusiya və İran qoşun göndərmişdi. Yerdə qalan ölkələr özbaşına bu işi görmüşdü. İndi də İsrail qoşun yeridib. Ona görə də, müsbət heç nə gözləmək olmaz”.

Səxavət Məmməd

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv