Erməni dilini bilən mütəxəssizlər hazırlanacaq

media-hightechnic-468x90

ameanin-medallari-tesifgAzərbaycanda Ermənistanın tarixini bilən, erməni dilli mütəxəssislər hazırlanacaq.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Baba Əliyev məlumat verib. O, bildirib ki, AMEA-da Qafqazşünaslıq İnstitutu yaradılıb:

“İnstitutun nizamnaməsi hələ hazır deyil. Amma ilkin mərhələdə institutda erməni dilinin tədrisi məsələsi nəzərdə tutulub. Nizamnamənin hazırlanması gələn ilə qədər başa çatacaq. İnstitutda region ölkələri olan Gürcüstan və Ermənistanın tarixinin, dilinin araşdırılması nəzərdə tutulub. Yəqin ki, növbəti mərhələdə erməni və gürcü dilində bilən mütəxissislər də hazırlanacaq. İnstituta qəbul qaydaları ilə bağlı hələ ki, heç nə məlum deyil”.

Qeyd edək ki, bir neçə gün öncə AMEA Rəyasət Heyətinin iclası keçirilib. Azərbaycan Respublikasının Qafqaz regionu ilə çoxcəhətli əlaqələrini ardıcıl və sistemli şəkildə tədqiq etmək məqsədilə AMEA-da Qafqazşünaslıq İnstitutu yaradılıb.

Bununla bağlı qərar AMEA Rəyasət Heyətinin 10 dekabr 2014-cü il tarixli iclasında qəbul olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600