Erməni ideologiyasına ZƏRBƏ – Paşinyanın etirafı İrəvanda şok effekti YARATDI

media-hightechnic-468x90

“Həmin bəyanatı Paşinyanın artıq geriyə yolunun olmadığını yaxşı anlaması kimi də yozmaq olar”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

O, Ermənistanın baş naziri Nikol Paşinyanın “heç özüm də bilmirəm o zaman nə üçün Qarabağ Ermənistanındır demişəm” mənasına gələn bəyanatına münasibət bildirib.

Deputat bildirib ki, Paşinyanın son günlərdə verdiyi bəyanatlarda toxunduğu məsələlər, əgər səmimidirsə, bütövlükdə erməni ideologiyasına və onların havadarlarının əsrlər boyu bəri həyata keçirdikləri anti-türk, anti-Azərbaycan siyasətinə böyük zərbədir.

“Ermənistanın öz siyasi rəhbərliyi və siyasi elitası erməni tarixinin nə qədər saxtalıqlar, qərəzlər üzərində qurulduğunu bir daha ortaya qoyur. Eyni zamanda Azərbaycanın ədalətli mövqeyini, tarixi həqiqətlərini, ölkəmizin illərdən bəri öz torpaqları uğrunda apardığı mübarizənin nə qədər haqlı olduğunu bir daha təsdiq edir. Ən maraqlısı isə odur ki, bu fikirlər Ermənistan Respublikasının rəhbəri, erməni xalqının lideri səviyyəsində olan şəxs tərəfindən səsləndirilir. Bütün bunlar Azərbaycan həqiqətlərinin gün işığı kimi ortada olduğunu bir daha göstərir. Səmimi olub-olmamasına baxmayaraq bu bəyanatlar həm də indiyə qədər yanlış yolda olduqlarının etirafıdır”.

Onun fikrincə, bu günləri görmək və yaşamaq Azərbaycanın, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin böyük qələbəsidir:

“Azərbaycanın həyata keçirdiyi uğurlu və düzgün siyasətin, beynəlxalq arenada qəbul edilən siyasətin bəhrəsidir. Digər tərəfdən isə həmin bəyanatı Paşinyanın artıq geriyə yolunun olmadığını yaxşı anlaması kimi də yozmaq olar. O, bu günədək etdiyi səhv addımları, söylədiyi yalanları təkzib etmək, öz qərarlarına bəraət qazandırmaq üçün bu cür mövqe sərgiləyir. Bir sözlə, yenə də qalib Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Prezidentidir!”

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa