Erməni kəşfiyyat-təxribat qrupları məhv edildi

media-hightechnic-468x90

79472Erməni kəşfiyyat-təxribat qrupları məhv edilib.

Dekabrın 8-də axşam saatlarında cəbhənin cənub istiqamətində erməni kəşfiyyat-təxribat qrupları təmas xəttini keçməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı çoxsaylı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç bir itki yoxdur, cəbhə boyu vəziyyətə tam nəzarət edilir.

Qeyd edək ki, Ermənistan mətbuatı dünən Azərbaycan Silahlı Qüvvələri tərəfindən açılan atəş nəticəsində cəmi bir hərbçi, 1995-ci il təvəllüdlü Qarik İspiryanın ölümü ilə bağlı məlumat yayıb.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa