“Erməni psixologiyasını mütləq bilməliyik”

media-hightechnic-468x90

sosqatƏhməd Qəşəmoğlu: “Bilməyimizin bir neçə müsbət tərəfi var”

Zaman-zaman işğalçı erməni psixologiyasının öyrənilməsinin vacibliyi vurğulanır. Ən son tanınmış journalist Eldəniz Elgün “Erməni psixologiyası” adlı kitab qələmə alıb. Görəsən, erməni psixologiyasını öyrənmək bizə nə dərəcədə lazımdır?

Sosioloq Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında erməni psixologiyasının öyrənilməsini bir çox aspektdən vacib bildi: “Erməni psixologiyasını öyrənmək olduqca vacib məsələdir. Çünki, ermənilər qonşuluğumuzda yaranandan, torparlarımızda yerləşəndən üzü bəri ancaq bizə ziyan vurmaqla məşğuldurlar. Ermənilər yegənə millətdir ki, uzun illərdir Azərbaycana qarşı düşmənçilik siyasəti yeridir və onlardan bizə qarşı istifadə olunur. Ermənilər yer üzündə ən ciddi münaqişədə olduğumuz bir millətdir. Ona görə onların psixologiyasını bilməliyik. Bilməyimizin bir neçə müsbət tərəfi var. Bununla onlarla nə cür davranmağın lazım olduğunu dəqiqləşdiririk. İkincisi, dünyaya tanıtmalıyıq ki, ermənilər xüsusi psixologiyaya malik insanlardır və bu insanların tarixini nəzərdən keçirəndə görürük ki, onlara yaxşılıq edənlərə imkan düşən kimi, başqa tarixi vəziyyət yarananda digərlərindən xeyir əldə etmək üçün onlara yaxşılıq edənlərə arxadan zərbə vururlar. Ermənilər bu mənada bəlkə də anoloqu olmayan etnik mənsubiyyətdir. Ona görə onları dərindən öyrənib, belə bir etnik mənsubiyyətin olduğunu dünyaya fakt kimi təqdim etmək lazımdır. Onlar istənilən baxımdan təhlükəlidir. Tarix boyu onlara yaxşılıq edənlərə, ağır duruma düşən kimi ermənilər həmin xalqa arxadan zərbə vururlar. Hətta institutlarımızda xüsusi şöbə olmalıdır. Bu şöbə də erməni psixologiyasını dərindən öyrənməli, elmi cəhətdən əsaslandıraraq xalqımıza və dünyaya təqdim etməlidir”.

 

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600