Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ermənilər Azərbaycan Ordusunun döyüş hazırlığından vahiməyə düşür” - Deputat

Reklam: Sinerji Pro

“Keçirilən təlimlər də göstərir ki, Ali Baş Komandan nə vaxt əmr versə, ordumuz bu tapşırığı icra etməyə tam hazırdır”.

Yenicag.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev Azərbaycan Ordusunun mayın 18-dən 22-dək keçirəcəyi genişmiqyaslı əməliyyat-taktiki təlimlərə münasibət bildirərkən deyib.

O bildirib ki, bu gün Azərbaycan bütün hərbi təchizata malikdir. Deputat qeyd edib ki, ordu üçün hər il yeni silahlar, müasir texnikalar alınır, təchizat yenilənir: “Eyni zamanda il ərzində genişmiqyaslı hərbi təlimlər keçirilir. Bu da, təbii ki, müharibə vəziyyətində olan ölkə üçün vacib addımdır. Düşmən tərəfi həmişə atəşkəsi pozur, mövqelərimizi, dinc sakinləri atəşə tutur. Hazırkı proseslərdən bəllidir ki, bütün vəziyyətlərə hazır olmaq üçün ordunun təlimləri davam etdirilməlidir. Hamımız bilirik ki, danışıqlar bir nəticə vermir. Ona görə də Müdafiə Nazirliyi tez-tez yeni hərbi avadanlıq, texnika, döyüş vasitələri, silah-sursat alır. Azərbaycan Ordusu hazırda ən müasir silahlara malikdir. Bütün bu yeni silah, texnika və avadanlıqlardan da təlimlərdə istifadə etmək lazımdır. Düzdür, bunlar tədris prosesində, texniki qaydada öyrədilir, ancaq təlim vaxtı daha geniş bilik əldə etmək mümkün olur”.

Deputat vurğulayıb ki, düşmən tərəfi sözügedən təlimləri izləyir, Azərbaycan Ordusunun döyüş hazırlığından vahiməyə düşür: “Onlar hər dəfə təlimləri izləyəndə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməyə hazır olduğunu görürlər. Aprel döyüşləri də sübut etdi ki, 2-3 gün ərzində böyük əraziləri düşməndən təmizləyə bilərik. Təlimlərdə əsgər, zabit heyətinin və hətta hərbi xidmətə gedəcək gənclərin də döyüş ruhu yüksəlir”.

E.Quliyev bildirib ki, təlimlər şəxsi heyətin döyüş qabiliyyətinin çox yüksək olduğunu göstərir. Onun fikrincə, Azərbaycan Ordusu ilə Ermənistan silahlı qüvvələrini müqayisə etmək olmaz.

“Müdafiə Nazirliyi ilə daim əlaqələrimiz var. Bilirik ki, orduda ciddi islahatlar aparılır, şəxsi heyətin döyüş qabiliyyətinin daim yüksək səviyyədə olması üçün təlimlər keçirilir, zabitlər, kursantlar xarici ölkələrə təcrübəyə göndərilirlər, müasir dövrün bilik və bacarıqlarını mənimsəmiş mütəxəssislər yetişdirilir. Bu yaxınlarda bir neçə pilotumuz həm Türkiyədə, həm Rusiyada oldular. Müasir təyyarələrin alınması, istifadə olunması günün reallığına çevrilib”, – E.Quliyev deyib.

O bildirib ki, ordu ilə bağlı bütün məsələləri ictimailəşdirmək doğru deyil: “Bəzi məsələlər daxildə saxlanılmalıdır, çünki söhbət ölkənin müdafiəsindən gedir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Təlimlərə 10 000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Keçirilən təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.

Təlimin niyyətinə əsasən düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur.

Müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri yoxlanılacaq.

www.yenicag.az

476
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100