Ermənilər ziyarətə gedən dinc sakinləri atəşə tutub-Fotolar

media-hightechnic-468x90

31460a10a992868a6c6ff58bb71cd063Erməni silahlı bölmələri Ağdam rayonunda bayram öncəsi doğmalarının məzarlarını ziyarətə gedənləri atəşə tutublar.

Bu barədə  yerli sakinlər məlumat verib. Ziyarətə gedənlərdən biri – Lətifə Qasımova bildirib ki, işğal altında olan Baş Qərvənd kəndinin qəbristanlığı qoşunların təmas xəttində yerləşir və atəş altındadır. Məzarlığın çox hissəsi ermənilər tərəfindən aydın müşahidə olunduğundan, atəşkəs dövründə həyatdan köçənlər əsasən məzarlığın bir hissəsində dəfn olunurlar. Müharibəyə qədər və müharibə dövründə dəfn edilənlərin məzarlarını ziyarət etmək demək olar ki, mümkün deyil.

Baş Qərvənd sakini İsrail Bağırov deyib ki, qəbristanlığın atəşə tutulması nəticəsində məzar daşlarına xeyli sayda güllə dəyib(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600