“Ermənilərin itkiləri 7 nəfər deyil, bundan dəfələrlə çoxdur”

media-hightechnic-468x90

скачанные файлы (4)“Son günlər cəbhədə gedən döyüşlər zamanı erməni tərəfinin itkiləri 7 nəfər deyil, bundan dəfələrlə çoxdur”.

Bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı bildirib ki, düşmən tərəfi adətən itkilərini tədricən açıqlayır, yəqin bu dəfə də belə olacaq. O, Ermənistan Ordusunda vərəm və digər xəstəliklərin yayılması barədə məlumatların da həqiqət olduğunu deyib: “Biz dəfələrlə bəyan etmişik ki, ermənilər həm döyüşlərdə, həm də müxtəlif xəstəlikər nəticəsində olan itkilərini ciddi-cəhdlə gizlədir”.

MN rəsmisi Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalqına yalan danışmaqla məşğul olduğunu vurğulayıb: “Ermənistan Ordusunda intizamsızlıq baş alıb gedir. Martın 22-də Azərbaycan əsgərlərinə təslim olan hərbçi Andranik Qriqoryan da məhz bu səbəblərdən döyüş mövqeyini atıb qaçdığını deyib”.

Qeyd edək ki, Ermənistan saytları son iki gündə cəbhə xəttində 7 hərbçi itirdikləri barədə məlumat yayıblar.

apa.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600