!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan bu silahları niyə alır? – “Yaxın vaxtlarda müharibənin olma ehtimalı...”

!Reklam – Yazi

“Üçüncü tərəflər Azərbaycanla Ermənistan arasında müharibənin olması üçün addımlar atırlar”.

Bu fikri Yenicag.az-a açıqlamasında Ermənistan Azərbaycan arasında gərginlik, müharibə ehtimalını dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Rövşən Məhərrəmov bildirib ki, müharibə ehtimalı hər zaman gündəmdə qalır.

“Gərginlik hər zaman olub və olacaq da. Sadəcə bir müddət danışıqlar, hansısa razılaşmalar olanda gərginlik aşağı düşürdü, sonra yenidən alovlanırdı. Güman etmirəm ki, bu gərginliyin artmasının sonunda müharibə olsun. Bunda nə Ermənistan nə də Azərbaycan tərəfi maraqlıdır. Müharibənin olmasında üçüncü qüvvələr maraqlıdır”, – deyə o əlavə edib.

Ermənistanın silahlanması məsələsinə münasibətini açıqlayan R.Məhərrəmov bəzi ekspertlərin bunu həddindən artıq şişirdiyini deyib.

“Nəzərə almaq lazımdır ki, Azərbaycan da yerində saymır. Ermənistan dağılmış ordusunun bərpası üçün bir dövlət kimi silahlanmalıdır. Ermənistan tərəfi hücum silahları alır. Onların hava hücumundan müdafiə sistemləri bərbad halda olduğu üçün hücum silahlarına üstünlük verirlər. Üçüncü tərəflər bunu daha çox tirajlayır ki, müharibə olacaq.

Düşünürəm ki, hər iki ölkənin əhalisi də müharibə istəmir. Ancaq görünən odur ki, üçüncü tərəflərin məqsədi başqadır. Yaxın vaxtlarda müharibənin olma ehtimalını görmürəm”, – deyə o fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

589
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv