“Ermənistan rəhbərliyi də bunun fərqindədir ki, …”

media-hightechnic-468x90

314“ATƏT Minsk qrupu həmsədr ölkələri arasındakı konfrantasiya Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərməklə yanaşı, bu qurumun fəaliyyətini iflic vəziyyətə salıb”.

Bu fikri son dövrlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində yaranan aktivlik prosesinə mövqeyini açıqlayarkın politoloq Elman Nəsirov deyib. Onun sözlərinə görə, danışıqlar prosesində intensivliyin olmasına baxmayaraq qəribə bir tendensiya da müşahidə müşahidə olunmaqdadır:
“Belə ki, münaqişənin həlli ilə bağlı Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentrlərinin görüşünü təşkil etsə də, bu görüşdə ATƏT MQ-nin digər həmsədr ölkələrin nə ABŞ, nədə Fransanın təmsilçiləri iştirak etmədi. ABŞ dövlət katibinin təşkil etdiyi görüşdə isə nə Rusiya, nə də Fransa nümayəndəsi iştirak etdi. Növbəti anoloji görüş Fransa prezidentinin təşəbbüsü ilə keçiriləcəyi gözlənilir və digər həmsədr ölkələrin nümayəndələrini dəvət edəcəyi bilinmir. Bilirsinizmi, bu nəyin göstəricisidir? Bu həmsədr ölkələr arasında son dövrlərdə, xüsusən də Ukrayna böhranından sonra yaranan konfrantasiyanın nəticəsidir. Bu ölkələr arasında konfrantasiya o qədər dərinləşib ki, digər münaqişələrin də həlli məsələsində bir araya gələ bilmirlər. Bu artıq ciddi siqnaldır və danışıqlar prosesinin dalana dirənməsinin göstəricisidir. Əgər həmsədr ölkələr bir-biri ilə münaqişənin həlli ilə bağlı koordinasiya yaratmadan ayrı-ayrılıqda əlahiddə olaraq tərəflərlə görüşlər keçirib prosesi davam etdirəcəklərsə, bu nəticədə ATƏT və Minsk qruöunu fəaliyyətini iflic edəcək.”
ATƏT-in Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətindəki 22 illik fəaliyyətinin nəticəsiz olduğunu qeyd edən politoloq bildirdi ki, bu təşkilatın bu müttə ərzində fəaliyyətini münaqişənin həllinə deyil, yenidən müharibəyə çevrilməsinin qarşısını almaq olub. ATƏT missiyasını ancaq bununla bitmiş hesab edib və bu günü acı reallığıdır. Politoloq qeyd edib ki, Azərbaycan yaranməş vəziyyətin fəqrindədir və prosesə uyğun olaraq öz işlərini qurur:

“Dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, bu gün dünyada hüququn gücü yox, gücün hüququ işlədiyindən, Azərbaycan da güclənməlidir. Yəni bu gün kim güclüdürsə, o haqlıdır prinsipi beynəlxalq münasibətlər sisteminin əsas elementinə çevrilib. Azərbaycanın gücü o həddə çatmalıdır ki, ATƏT MQ həmsədr ölkələri Ermənistanı sülhə getməyə sövq etməyə və prosesin davam etməsinin onların xeyrinə olmayacağını başa salmalıdır. Status-kvo mütləq dəyişməlidir. Əks təqdirdə müharibə labüddür. Bu müharibədə isə Ermənistanın biabırçı məğlubiyyəti də qaçılmazdır. Müharibənin başlanması isə ermənsitanın sonun başlanğıcıdır. Bu biabırçı məğlubiyyət olmasın deyə Ermənistan güzəştə getməli və sülhə razı olmalıdır.”

Müharibə zamanı regionda yaranacaq risklərə gəldikdə isə politoloq deyib ki, Azərbaycan dövləti risk amillərini detallarınadək hesablayıb:
“Bunun üçün də ölkənin hərbi potensialını gücləndirir. Bununla yanaşı iqtisadi gücünü günü-gündən artırmaqdadır. Regionda ilk dəfə hərbi sənaye sərgisinin keçirilməsi də elə bu məqsədə xidmət edirdi. Azərbaycan hərbi, iqtisadi gücünü artıqmaqla yanaşı, beynəlxalq əlaqələrini möhkəmlənidirir. Odur ki, Azərbaycan tərəfi məqsədyönlü və planlı şəkildə işini qurub. Lazımı məqam yetişən kimi öz strateji məqsədi olan, yəni öz torpaqları üzərindəki suveren hüquqlarını bərpa etsin.”

E.Nəsirov onu da əlavə etdi ki, müasir dünyada ən güclü təzyiq metdolarından biri də iqtisadi siyasətdir:
“Dünyadakı iqtisadi böhran, eyni zamanda Qərbin Rusiyaya iqtisadi, maliyyə sanksiyaları getdikcə Ermənistandakı dərinləşən böhranın daha da dərinləşməsinə səbə olacaq və bu da öz növbəsində ölkəni iflas həddinə gətirib çıxaracaq. Artıq Ermənistan rəhbərliyi də bunun fərqindədir ki, proseslər onun xeyrinə işləmir. Ermənistan rəhbərliyi bunun fərqində olduğundan emasional və vəziyyəti pozulmuş halda olur. Ermənistana rəhbərlik edən şəxslərin bəyanatlarına bəzən qulaq asanda adamda təsəvvür yaranır ki, onların psixi durumunda problemlər var. Çünki onların verdikləri bəyanatlar çox hallarda bir-birini təkzib edir. Bu isə onalrın məğlub ovqatına düşmələrini göstərir.”
Politoloq bildirdi ki, Rusiya sanksiyalar nəticəsində rus rublunun devolvasiyaya uğramamsı üçün büdcədən 37 milyard dollar həcmində vəsait ayırıb: “Bu təkcə rublun devolvasiyaya uğramamsı üçündür. Təbii ki, Ermənistan iqtisadiyyatı da Rusiyadan birbaşa asılı olduğundan bu ölkənin iqtisadiyyatına cidd zərbə dəyəcək. Ona görə də Ermənistan hakimiyyəti proseslərin sonrakı ssenarisindən narahatdır və onun da fərqindədirlər ki, proses bu cür davam etdikcə ictimaiyyəti cəfəng bəyanatlarla inandırmaq olmayacaq və nəticədəd hakimiyyətini xilas edə bilməyəcək. Onların bir-birini təkzib edən belə bir bəyanatlar verməsinə də məhz ölkənin üzləşdiyi ağır durumdur.”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600