“Diqqətlə baxsanız, “Ana dili” dərsliyində yan tərəfdən Azərbaycan bayrağının rəngləri var.
Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə bu gün İrəvanda Təhsil, Mədəniyyət, İdman və Elm Nazirliyinin binası qarşısında təhsil və mədəniyyət naziri Janna Andreasyanın istefasını tələbilə keçirilən etiraz aksiyasında bildirilib.
“Bizim etirazımız təkcə “Ermənistan tarixi” dərsliyi ilə bağlı deyil. Əslində çoxlu problemlər var.
Məsələn, “erməni ədəbiyyatı” dərsliklərindən danışmaq olar. Məsələn, Tumanyanın Hamamlıda doğulduğu yazılıb, əslində isə o, Spitakda doğulub. Bunu sırf Azərbaycan toponimini işlətmək üçün ediblər.
Raffi barədə dərsliklərdə tamamilə heç nə yoxdu, onun haqqında az danışılır.
Amma türk-Azərbaycan yazıçıları tərcümə olunub, ədəbiyyat dərsliklərimizə daxil edilib.
İkinci siniflər üçün “Ana dili” dərsliyinə diqqətlə baxanda Azərbaycan bayrağının rənglərini görmək olur. Biz elə düşünürük ki, onlar xüsusi canfəşanlıq edirlər, elə deyilmi?”, – deyə etirazçılar bildiriblər.
Xuraman Etibarlı
www.yenicag.az