Ermənistanda daha 291 nəfər koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 38 841-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 749-a çatıb. İndiyədək 29 557 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 8 307 aktiv koronavirus xəstəsi var.