!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda məhv edilən AZƏRBAYCAN TOPONİMLƏRİ: “Bu istiqamətdə sistemli işlər görülməlidir”

!Reklam – Yazi

“Diplomatlarımız toponimlərlə bağlı həmin faktların yer aldığı kitabçaları xarici həmkarlarına çatdıra bilər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyevin Ermənistan ərazisində toponimlərin Azərbaycan mənşəli olması və bunların mütəxəssislər tərəfindən araşdırılaraq, xüsusi kitabça halında nəşr edilməsinin vacibliyi haqda fikirlərinin aktuallığını önə çəkən Milli Vəhdət Partiyasının (MVP) sədri Yunus Oğuz deyib.

Yunus Oğuzun sözlərinə görə, Ermənistandakı Azərbaycan toponimlər ilə bağlı məsələni nüfuzlu beynəlxalq qurumların gündəliyinə salmağa nail olmalıyıq:

“Ermənistan ərazisində toponimlərin Azərbaycan mənşəli olması və bunların mütəxəssislər tərəfindən araşdırılması üçün ardıcıl addımların atılmasına ehtiyac var. Əlimizdəki faktlarla sübut etməliyik ki, həmin ərazilər Azərbaycanın tarixi torpaqlarıdır və o toponimlər təsadüfi adlar deyil.

Alimlər, etnoqraflar bu istiqamətdə araşdırmalar apararaq, bütün faktları toplamalı və ümumiləşdirməlidirlər. On doqquzuncu əsrdə Çar Rusiyasında əhalinin siyahıya alınması həyata keçirilib. O siyahıda Ermənistan ərazisindəki bütün kəndlərin adları verilib, kameral təsvirlər yer alıb. Hansı kənddə kimlərin yaşadığı, əhalinin neçə faizinin türklər olduğu və başqa məlumatlar göstərilib.

Bu torpaqların dədə-babalarımıza məxsus olması barədə əlimizdə təkzibedilməz faktlar var. İndiki Ermənistanda yerləşən o kəndlərin kameral təsvirləri araşdırılmalıdır. Ondan sonra bu faktları beynəlxalq ictimaiyyətə çatdırmaq lazımdır.

Toponimlərlə bağlı məsələni Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Avropa Şurası və digər nüfuzlu beynəlxalq qurumların gündəliyinə salmağa nail olmalıyıq. Bu işdə xarici ölkələrdəki səfirliklərimizin üzərinə ciddi məsuliyyət düşür. Diplomatlarımız toponimlərlə bağlı həmin faktların yer aldığı kitabçaları xarici həmkarlarına çatdıra bilər.

Eyni zamanda, xarici ölkələrə yolu düşən vətəndaşlarımız da bu faktların daxil edildiyi kitabçaları özləri ilə götürə bilər. Amma bu işlərin dövlət səviyyəsində və daha sistemli şəkildə həyata keçirilməsi zəruridir”.

Cəvahir

www.yenicag.az

566
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv