Ermənistanda özünə qəsd edən 25 yaşlı polis ÖLDÜ

media-hightechnic-468x90

Ermənistanda İstintaq şöbəsində özünü yaralayan polis ölüb.

Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Ermənistan Mərkəzi Xəstəxanasında özünü güllələyən polis ölüb.

Hadisə dekabrın 9-da baş verib. Ermənistan Daxili İşlər Nazirliyinin Dövlət Təhlükəsizliyi İdarəsinin Maştots şöbəsinin əməkdaşı, 25 yaşlı Vaaqn M. İstintaq Komitəsinin istintaq idarəsinin mühafizə otağında özünə odlu silahla xəsarət yetirib.

O, xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600