Ermənistanda sülh prosesini partladacaq "RUS MİNASI": "Türkiyə və Qərb müdaxilə etməlidir"

media-hightechnic-468x90

“ABŞ, Avropa və Türkiyə mümkün olan hər şeyi etməlidir ki, seçkilərdə rusiyayönümlü qüvvələr qalib gələ bilməsinlər”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

media-abutalib_semedov-4

O, Fransanın Azərbaycanda saxlanılan separatçıların azadlığa buraxılması ilə bağlı qəbul etdiyi qərarın pərdəarxası detallarını şərh edib.

Politoloq bildirib ki, Fransada bu cür qərarların qəbul olunması yeni hadisə deyil.

“Fransa parlamenti və bəzən hökumətə daxil olan müəyyən şəxslər, həmçinin fəaliyyət göstərən müəyyən partiyanın liderləri, təmsilçiləri Azərbaycanı qıcıqlandıran bəyanatlar verir, qərarlar qəbul edirlər.

Bu cür addımlar sülhə mane ola bilərmi? Təbii ki, ola bilməz. Çünki həm Azərbaycanda, həm də Ermənistanda sülhün nə qədər vacib olduğunu anlayan və bu istiqamətdə ən qətiyyətli addımlar atmağa hazır olan şəxslər hakimiyyətdədir.

Bu səbəbdən Fransada, Rusiyada, yaxud başqa ölkədə bizim qəbul edə bilməyəcəyimiz qərarlar sülh prosesinə heç bir zərbə vura bilməz. Sülh prosesi üçün ən böyük təhlükə parlament seçkilərində Paşinyanın məğlub olmasıdır.

Məlumdur ki, onun əsas rəqibi rusiyayönümlü qüvvələrdir. Onlar blok halında seçkilərə getmək qərarına gəliblər. Ermənistanda nüfuzu olan bütün qüvvələri birləşdirməyə çalışırlar. Söhbət sahibkarlardan, Erməni kilsəsindən, Daşnaksütyun partiyasından, Koçaryanın rəhbərlik etdiyi partiyadan gedir. Hələlik yalnız bunlar blok halında birləşə biliblər.

Ən böyük təhlükə də buradadır. Rusiya anlayır ki, ya bu seçkilərdə öz tərəfdarlarını hakimiyyətə gətirəcək, yaxud Ermənistan bir az da Rusiyadan uzaqlaşacaq. Onu yenidən Rusiyanın orbitinə qaytarmaq isə çox çətin olacaq.

Qısacası, ən böyük təhlükə seçkilərdir. Bəyanatlar, qərarlar, “Qarabağ məsələsi hələ bitməyib” kimi təxribatçı çıxışlar sülhə təsir göstərə bilməz. ABŞ, Avropa və Türkiyə mümkün olan hər şeyi etməlidir ki, seçkilərdə rusiyayönümlü qüvvələr qalib gələ bilməsinlər”, – deyə o bildirib.

Nəsimi Ələsgərl

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05