Ermənistanda xaçlar və abidələr yığışdırılır.
Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, dövlətlərarası və respublika əhəmiyyətli avtomobil yollarında quraşdırılmış xaçlar, xaçkarlar və abidələrin sökülməsinə başlanılıb.
“Son günlər hökumətin yerli hökumət rəhbərlərinə bütün dövlətlərarası və bələdiyyə yollarında quraşdırılmış xaçların, xaçkarların, abidələrin məhv edilməsi barədə göstəriş verdiyi barədə məlumatlar yayılıb.
Keçən may ayında biz yazmışdıq ki, hökumət idarəsi bələdiyyələrə, xüsusən də Sünikə (Zəngəzur – red.) məktub göndərib. Məktubda deyilir:
“Ermənistanın dövlətlərarası və respublika əhəmiyyətli avtomobil yollarında qeyri-qanuni ucaldılmış (quraşdırılmış) xatirə daşlarının, xaçların və xaçkarların demontajı (sökülməsi) üçün regional müfəttişlik bölmələri ilə əməkdaşlıq etməyinizi xahiş edirik”.
Göründüyü kimi, hazırda milli və dövlətlərarası yolların xristian simvollarından “təmizlənməsi” ilə bağlı qərar yekunlaşmaq üzrədir.
Bununla onlar bir tərəfdən sərhədi açır, digər tərəfdən də türklərlə, azərbaycanlılarla barışıq yolunda daha bir addım atırlar”, – erməni mediası yazıb.
Xuraman Etibarlı
www.yenicag.az