Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ermənistandan ETİRAF: "Aprellə müqayisə edilməz. Onlarla ölü və yaralımız var"

Talış istiqamətində və cənubda itirilmiş mövqelər var.

Yenicag.az xəbər verir ki, bunu Qarabağdakı qondarma rejimin rəhbəri Arayik Arutyunyan brifinq zamanı deyib.

“Hücum Ömərdən Arazadək bütün sərhəd boyu başladı. Əsasən Talış istiqamətində və cənub cinahda mövqelərimizi itirdik. Bizim onlarla ölümüz, onlarla yaralımız var. Hücumun miqyası 2016-cı ilin aprel ayı ilə müqayisə edilə bilməz”, – Arutyunyan bildirib.

Qeyd edək ki, müdafiə naziri Zakir Həsənov düşmənin müdafiə xəttinin qırıldığını, 7 kəndin işğaldan azad edildiyini bildirib. Ermənilər o vaxtdan bəri bunu gizlətməyə çalışırdılar.

Arutyunyan Ermənistan ordusunun ağır itki verdiyini də etiraf edib və baş verənləri indiyə kimi olan ən geniş əməliyyatlar adlandırıb. Artunyan bildirib ki, yeni ərazilərin də itirlməsi ehtimalı var.

www.yenicag.az

221