Ermənistanın savaşa başlamasının səbəbi məlum oldu

media-hightechnic-468x90

;lAvqustun 1-dən Ermənistan əhalisi üçün elektrik enerjisinin tarifləri 10 faiz artıb.

Qərar hələ bir müddət əvvəl – iyunun 1-də ölkənin İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının iclasında qəbul olunmuşdu.

Qüvvəyə minən qərara əsasən, gündüz 1 KVt/saat üçün 10,1 faiz, gecə saatlarında isə sərf ediləcək hər 1 KVt/saat elektrik enerjisi üçün 13,7 faiz artıq pul ödəməli olacaqlar.

Kommersiya və özəl şirkətlərlə bağlı vəziyyət daha da acınacaqlıdır. Sahibkarlar elektrik enerjisinin qiymətinin bu cür qalxmasının onların istehsal gücünə mənfi təsir göstərəcəyini bildiriblər.

Xatırladaq ki, məsələ gündəmə gələn ilk gündən bu məqam ölkə vətəndaşları tərəfindən böyük etirazlarla qarşılanmışdı. Hətta müvafiq dövlət qurum və təşkilatları binası önündə keçirilən kütləvi aksiyalar belə öz nəticəsini vermədi. Ekspertlər sosial partlayışlardan sığortalanmaq üçün Sərkisyan iqtidarının bütün diqqətin cəbhə bölgəsinə yönəndirməyə çalışdığını, narazı vətəndaşların fikirlərini sərhəddə baş verən gərginliyə yönləndirdiyini vurğulayırlar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600