Ermənistanla sərhədlər hansı xəritələr üzərində TƏYİN OLUNACAQ? – XİN rəsmisi AÇIQLADI

media-hightechnic-468x90

Ermənistan mətbuatında yayılan məlumatlara görə, Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı sənədlərdə konkret xəritələrin qeyd olunmaması mövzusunda suallar gündəmə gəlib.

Yenicag.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, bu xüsusda Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat və ictimai diplomatiya idarəsinin rəhbəri səlahiyyətlərini icra edən Hakob Sarkisyan bildirib ki, 2024-cü il avqustun 30-da imzalanmış “sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə” sənədə əsasən, tərəflər delimitasiya prosesində 1991-ci il Almatı Bəyannaməsinə istinad edəcəklər. Onun sözlərinə görə, gələcəkdə imzalanacaq sülh sazişi ilə başqa mexanizm nəzərdə tutulmayıbsa, məhz bu bəyannamə əsas götürüləcək.

Nazirlik xatırladıb ki, həmin bəyannamə keçmiş SSRİ respublikaları arasındakı inzibati sərhədlərin müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrilməsini təsbit edib və beynəlxalq ictimaiyyət tərəfindən də belə tanınıb. Bu əsasda tərəflər bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyırlar.

Eyni zamanda, Ermənistan XİN qeyd edib ki, Almatı Bəyannaməsinə istinad olunması delimitasiya üçün hüquqi əsas kimi qəbul edilən sənədlərin və xəritələrin məhz Sovet İttifaqının süqutu dövrünə aid olmasını şərtləndirir.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa