Ermənistanlı boksçu döyüşə çıxmaqdan imtina edib

media-hightechnic-468x90

1c747c5f56e4e94abc864f82ec37916cXorvatiyanın paytaxtı Zaqrebdə gənc boksçular arasında keçirilən Avropa birinciliyində yarımfinalçılar məlum olub.

Azərbaycan millisinin 2 üzvü – Məsud Yusizadə (52 kq) və Məhəmmədəli Tahirov (+91 kq) 1/4 finalda qələbə qazanmaqla, ən azı yarışın bürünc medallarını özlərinə təmin ediblər.

Yusifzadə Gürcüstanı təmsil edən erməni əsilli Qaqik Pozoyan üzərində inamlı qələbə qazanıb – 3:0. Boksçumuz yarımfinalda bolqarıstanlı Daniel Asenovla üz-üzə gələcək.

Məhəmmədəli Tahirov isə 1/4 finalda Ermənistan boksçusu Qnel Muradyanla qarşılaşmalı idi. Ancaq işğalçı ölkə idmançısı rinqə çıxmaqdan imtina etdiyindən, həmyerlimiz yarımfinala yüksəlib.

Milli komandamızın üzvü yarımfinalda almaniyalı Peter Kadiru ilə üz-üzə gələcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa