Ərzaq məhsulları anbarında nöqsanlar aşkarlandı - FOTO

media-hightechnic-468x90

Gəncədə ərzaq məhsullarının saxlandığı anbarda nöqsanlar aşkar edilib.

Bu barədə Yenicag.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospektində fəaliyyət göstərən, “N.A.N.T.” MMC-yə məxsus anbarda keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Baxış zamanı anbarda 3, 5 və 6 kiloqramlıq qutularda müxtəlif çəkilərdə qablaşdırılmış etiket məlumatları qeyd edilməyən “Klyukvennaya”, “Snejok”, “Ptiçye moloko”, “İmbimaya”, “Belissimo” əmtəə nişanlı şəkərli qənnadı məmulatlarının satışının həyata keçirildiyi müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq, aşkar edilmiş nöqsanlarla bağlı inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və icrası məcburi göstərişlər verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600