Əsəd uzun fasilədən sonra üzə çıxdı-Video
Suriya prezidenti Bəşər Əsəd uzun fasilədən sonra üzə çıxıb.
Yenicag.az anspress-ə istinadən bildirir ki, bu dəfə Suriya prezidenti Portuqaliyanın “RTP” telekanalına müsahibə verib. Bəşər Əsəd Səudiyyə Ərəbstanı, Qatar və Türkiyəni “İŞİD” qruplaşmasına dəstək olmaqda ittiham edib. Bundan başqa Qərbi ölkəsinə qarşı yürütdüyü siyasətə, BMT-ni isə Suriyada vətəndaş müharibəsini qarşısını ala bilməməkdə təqsirləndirib.
“İlk öncə Avropa rəsmiləri terrorla mübarizədə siyasi iradə sərgiləməlidir. Hələ ki, bunun əlamətlərini görmürük. İkincisi dediyim siyasi iradəni ehtiyatlı şəkildə göstərmək lazımdır. Özündən razı və inadkar məmurların hərc-mərclik etməsi yolverilməzdir. Və sonuncusu – ən vacibi odur ki, terrorla mübarizədə dünya ictimaiyyətinin daima söykəndiyi bir dəyər, bir prinsip olmalıdır. Burada fürsətçiliyə yol vermək olmaz”, – deyə Bəşər Əsəd bildirib.