!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Eskişehirdə güneyli ozan Tohid Novruzi anıldı - FOTO

Eskişehir Azərbaycanlılar Dərnəyi və “Barama Production”un təşkilatçılığı ilə “Güney azərbaycanlı dəyərli sənətkar Tohid Novruzini anım proqramı” təşkil edilib.

Proqramda Tohid Novruzinin həyatından bəhs edən qısametrajlı film nümayiş etdirilib. Daha sonra Güney azərbaycanlı şair, “Barama Production”un idarəçisi Azeryar Danişver çox yaxından tanıdığı sənətçi dostu Tohid Novruzi haqqında duyğu və düşüncələrini bölüşüb.

Proqram çərçivəsində Güney Azərbaycanda el adəti olan şam yandırma mərasimi keçirilib, mərhumun ruhuna dualar oxunub. Ozan Tohid Novruzinin vəsiyyətinə uyğun olaraq sənətçilər Hakan Şahan və Ozan Yanar Sönməzin türkülər ifa ediblər.

Tədbirdə iştirak edən sənətçilərə, əməyi keçənlərə və aparıcıya təşəkkürnamə təqdim olunub. Tədbir Eskişehir Azərbaycanlıları Dərnəyinin başqanı Cavid Aydının yekun nitqi ilə başa çatıb.

www.yenicag.az

170
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100