!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Esmira Şükürova elmlər doktoru oldu

!Reklam – Yazi

Bu gün AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda filologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Şükürovanın elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçirilib.

Yenicag.az xəbər verir ki, “XX əsr Cənubi Azərbaycan ədəbiyyatında poeziya janrı: inkişaf mərhələləri və problemləri” mövzusunda təqdim olunan tədqiqat Dissertasiya Şurasının iclasında müsbət rəy alıb.

Müzakirələr aparıldıqdan, müəllifin müdafiəsi və opponentlərin çıxışı dinlənildikdən sonra Esmira Şükürovanın filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın qəbulu səsverməyə qoyulub və yekdilliklə qəbul edilib.

Sonda iddiaçı Dissertasiya Şurasının rəhbərliyinə, üzvlərinə, elmi rəhbərə, rəsmi opponentlərə, eləcə də müzakirədə fəal iştirak edən kafedranın bütün əməkdaşlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, XX əsr ümumazərbaycan ədəbiyyatında yaradılan poemalar araşdırmanın əsas obyektini, Cənubi Azərbaycan ədəbiyyatında meydana çıxan poemaların qarşıya qoyulmuş məqsəd və vəzifələrə uyğun tətqiqi və təhlili isə onun predmetini təşkil edir. Eyni zamanda dünya ədəbiyyatşünaslığında, xüsusilə də Türkiyə, Rusiya və İranda poema janrının təşəkkülü və inkişaf mərhələləri ilə bağlı müxtəlif vaxtlarda nəşr olunan kitab, məqalə və resenziyalar da araşdırmaya cəlb edilib.

Mövzunun ilk dəfə sistemli şəkildə işlənməsi dissertasiyanın elmi yeniliyini şərtləndirən başlıca məqam kimi səciyyələndirilib.

Foto: Cəmalə Əlizadə

COP29

www.yenicag.az

2308
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv