Kamerun millisinin sabiq üzvü Samuel Eto’Onun yeni klubu bəlli olub.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ulduz futbolçu “Konyaspor”la anlaşıb.
Tərəflər arasında 2,5 illik sözləşmənin imzalanması gözlənilir. Onun illik 5 milyon avro maaş alacağı bildirilir.
Qeyd edək ki, Eto’O son olaraq digər Super Liqa təmsilçisi “Antalyaspor”da çıxış edib.