Son bir gündə Bakıda iki nəfərin cəsədi tapılıb.
Yenicag.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından verilən məlumata görə, saat 10:00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində kirayədə qalan 21 yaşlı Mingəçevir sakini Rafael Əzimovun üzərində zorakılıq əlamətləri olmayan cəsədi tapılıb.
Hazırda prokurorluq onun ölümünün səbəblərini araşdırır.
Onun daha əvvəl avtomobil oğurluğuna görə həbsdə olduğu müəyyən edilib.
Nizami rayonunda 1972-ci il təvəllüdlü İntiqam Tağıyevin meyiti mənzilinin hamamında tapılıb. İlkin məlumatlara görə, kişi ürək çatışmazlığından vəfat edib.
Prokurorluq faktı araşdırır.
www.yenicag.az