!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evə basqın edən şəxslər saxlanıldı - Bakıda

!Reklam – Yazi

Bir neçə gün əvvəl Nizami rayonunda evlərdən birinə quldurluq niyyəti ilə basqın edən şəxslər müəyyən edilərək saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu ilin oktyabr ayının 18-də iki nəfər naməlum şəxs Nizami rayon sakini Yuriy Maksimovun evinə quldurluq niyyəti ilə daxil olaraq onun 2500 manat, 6000 ABŞ dolları və 22750 rubl pul, eləcə də qol saatı ələ keçirib hadisə yerindən uzaqlaşıblar. Nizami Rayon Polis İdarəsinə məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb və mənzilə ekspert-kriminalistlərin iştirakı ilə baxış keçirilib, müvafiq əl-barmaq izləri götürülüb.

“Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətin əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər Ramil Quliyev tərəfindən törədildiyi müəyyən edilib. Həyata keçirilən əməliyyat nəticəsində Ramil Quliyev saxlanılıb”.

Qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən digər şəxs – Kamal Fərhadov isə bir neçə gün bundan əvvəl Xətai RPi-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılaraq məsuliyyətə cəlb edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami RPİ-yə müraciət edə bilərlər.

COP29

www.yenicag.az

1720
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv