Eyni gündə 3 rayonda yanğın

media-hightechnic-468x90

загруженное (15) Bu gün axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonu, Veyisli kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv. m olan (hər mərtəbəsi 60 kv.m) ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində yanğın olub. Nəticədə, mətbəxin tavanı 20 kv. m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın Qaradağ rayonunun Ələt qəsəbəsində, ümumi sahəsi 420 kv. m olan kommunal tipli birmərtəbəli yaşayış binasında baş verib. Nəticədə, binanın dam örtüyünün yanar konstruksiyaları 350 kv. m sahədə və vətəndaşa məxsus ümumi sahəsi 70 kv. m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Binanın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Bundan başqa, Şəmkir rayonu, Mahmudlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv. m olan (arakəsmə divarları və dam örtüyü taxta konstruksiyalardan ibarət) birmərtəbəli 3 otaqlı evdə yanğın olub. Nəticədə, evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. (apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600