Əyriçay və Qarasuçayda suyun səviyyəsi 1 metrdən çox artıb

media-hightechnic-468x90

Çaylarda faktiki vəziyyət açıqlanıb.

media-banner_tuq

Yenicag.az-ın xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin iyunun 23-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Lənkəran Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsi 6, Viləşçayda 2, Balakən-Şəki bölgəsi ərazisindən axan Katexçayda 3, Əyriçayda 120, Qarasuçayda 103, Qusar rayonu ərazisindən axan Qusarçayda 43, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bərgüşadçayda və Oxçuçayda 1, Həkəriçayda isə 4 sm artım müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, gecə saatlarında Şəki rayonu ərazisindən axan Şinçaydan sel keçib və hazırda çayda azalma müşahidə olunur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05